Xaçmazın Qaraçaycek kənd sakin intihar edib.

"Unikal" xəbər verir ki, 1949-cu il təvəllüdlü Məmmədov Şahmurad Hacımurad oğlu özünə qəsd edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.