Cənubi Afrika Respublikasında daha 19 nəfərdə vəba xəstəliyi aşkar edilib.

"Unikal" xəbər verir ki, yoluxmalar Qautenq əyalətində qeydə alınıb. Son sutkada vəbaya yoluxan 10 nəfərin öldüyü bildirilir.

Ümumi yoluxma sayı barədə açıqlama verilməyib.

Qeyd edək ki, kəskin ishal və qusma ilə müşayiət olunan vəba əsasən çirklənmiş qida və ya su ilə yayılır. Müalicə edilməzsə, bir neçə saat ərzində öldürə bilər.