Gəncədə lüks avtomobil qəzaya səbəb olub.

"Unikal" xəbər verir ki, hadisə 2 saylı "Asan xidmət"in yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes-Benz Gelandewagen" markalı minik maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Arxadan VAZ-a çırpılan "Gelandewagen" idarəetməni itirərək yoldan çıxıb.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

*** 13:01

"Unikal"ın əldə etdiyi məlumata görə, "90 HH 996" dövlət qeydiyyat nişanlı  "Mercedes-Benz Gelandewagen" markalı avtomobil Ələsgərova Ülviyyə Ceyhun qızına məxsusdur. 

Tural Əhmədov