Birləşmiş Millətlər Təşkilatı (BMT) 43 ölkədə təxminən 1 milyard insanın təhlükə altında olduğunu bildirərək epidemiyaya qarşı xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, açıqlamada, halların sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib.
43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada, xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, vəbadan ölüm halları həyəcanverici səviyyədə artıb. Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olduğu ifadə edilən açıqlamada Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyaların Cənub-Şərqi Afrikaya çox ciddi şəkildə təsir etdiyi bildirilib.
“Bu ilin fevral və mart aylarında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkünə çevrilməsinə və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub. Buna görə də leysan yağışlar və daşqınlar bölgədə vəba riskini artırıb. ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey qeyd edib ki, onlar vəba hadisələrinin mövsümi olaraq dəyişə biləcəyini və daha çox arta biləcəyini proqnozlaşdırırlar.
Son onilliklər ərzində vəba epidemiyası ilə mübarizədə böyük irəliləyiş əldə olunub" deyən Qreyin sözlərinə görə, lakin hazırda vəziyyətin geriyə doğru getməsi riskini daşıyırıq. UNİCEF ilə sıx əməkdaşlıqda çalışdıqlarınıbildirən Qrey, 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olduqlarını söyləyib. Peyvəndin tək başına bir həll yolu olmadığına diqqət çəkən Qrey, "Peyvəndləmə bir vasitədir, amma ümumi bir həll yolu deyil. Su kanalizasiyasına investisiyalar prioritetlər arasında olmalıdır"-deyə o, bildirib.