Sumqayıt şəhərində yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə FHN-in saytında məlumat verilib.

Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan yanıb, yüksək temperaturdan mənzilin divarları qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.