Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Kanslerinin Ofisi məlumat yayıb.

***19:41

Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Şolts Ərdoğanı seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

O, yeni dövrdə Türkiyə ilə ortaq məsələləri inkişaf etdirmək istədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.