ABŞ SEPAH-ın Qüds qüvvələrinə və yüksək rütbəli komandirlərinə sanksiya tətbiq etdi.

"Unikal" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi SEPAH-ın bir komandirini və Kəşfiyyat (ETTELAAT) Təşkilatının 4 üzvünü ABŞ-ın keçmiş yüksək vəzifəli rəsmiləri Con Bolton və Mayk Pompeonun qətlini planlaşdırmaqda təqsirləndirib.

Amerika hökumətinin bildirdiyə görə, təqsirləndirilən şəxslər İranda və Türkiyədə məskunlaşıb, həmçinin amerikalılardan başqa digər rəsmilərin qətlini planlaşdırmaqda da iştirak ediblər.