Ağstafa rayonunda yeniyetmə oğlan intihara cəhd edib.

"Unikal" xəbər verir ki, Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü A.Q özünü asaraq intihara cəhd edib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun yaxınları tərəfindən toya aparılmadığı üçün özünü asaraq intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.