Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutlu ərazidə təqribən 500 m² sahədə məişət tullantıları yanıb.

"Unikal" xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

18:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutluq və məişət tullantıları olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.