Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Pirşağı avtomobil körpüsündə qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Tofaş" markalı avtomobilin sürücüsü minik vasitəsini beton maneyə çırpıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.