Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.
"Unikal"ın xəbərinə görə, paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi cinsli şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.
Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.