Göyçay rayon sakini intihar edib.
"Unikal"ın məlumatına görə, rayonun Mirzəhüseynli kənd sakini, 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı yaşadığı evdə özünü yandırıb. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Aygün Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb. O, ötən gecə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov