Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Arvana kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 8560 ədəd xaş-xaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.