Sosial şəbəkədə Quba rayonunun giriş və çıxış hissələrində polis postunun qurulması barədə görüntülər yayılıb.
DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərini davam etdirir.
İyunun 19-dan başlayan əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır: "Aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir".
Ağarza Elçinoğlu
Qubanın giriş-çıxış hissələrində polis postlarının qurulduğu deyilir.
— Unikal.az (@UnikalOrgPortal) June 23, 2023
Bundan əvvəl Gədəbəyin Söyüdlü kəndində də oxşar hadisə baş verib. pic.twitter.com/r5O8zKLIbv