Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 15 m² olan tikilinin (ərzaq mağazası kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları və tavanı 1 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və içərisində olan ərzaq məhsulları yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət tikili (kafe kimi fəaliyyət göstərir) 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik digər tikili yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.