İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı "KİA" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məsim oğlu və 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov