Ağdamda 3 uşaq atası özünü asaraq intihar edib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ergi qəsəbəsində baş verib. Ağdam rayon Mərzili kənd sakini Qarayev Elmir Elburus oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asaraq intihar edib. E.Qarayevin 3 övladı var.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.