Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki "Qobu park" yaşayış kompleksindəki 18-ci binada qeydə alınıb.

Belə ki, 10-cu mərtəbədə yerləşən 50-ci mənzilin sahibi Coşqun Mehdiyev ailəsi ilə birgə yaşadığı mənzili yandıraraq dama çıxıb.

Qonşular alovun qarşısına almağa çalışsa da onların köməyinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çatıb.

Alovun qarşısı qısa zamanda alınıb.

Qonşular bildirir ki, Coşqun ruhi əsəb xəstəsidir. O, birgə yaşadığı ailə üzvlərini də döyərək evdən qovub.

Hadisə yerinə polislər gəlib.

Ev sahibi Coşqun Mehdiyev bölməyə dəvət edilib.

Hadisə araşdırılır.

21:14

Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb.

"Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlik bildirib.