Gəncədə iri gövdəli ağac "Mercedes" markalı minik  avtomobilin üzərinə aşıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mahrasa bağı bina 14 ərazisində baş verib. Avtomobildə kimsə olmadığından xəsarət alan da olmayıb, amma maşına ciddi ziyan dəyib.

Qeyd edək ki, avtomobil şəhər sakini İlham Məmmədova məxsusdur.

Tural Əhmədov