Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Unikal"a Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.
xxx
00:03
Azərbaycanın bir sıra şəhərlərində zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanlar Bakı, Sumqayıt, Xırdalan və Xaçmaz şəhərlərində hiss edilib.
Zəlzələnin 5,5 bal gücündə olduğu bildirilir. İnsanlar evlərini tərk edərək küçələrə axışıblar. Zəlzələ nəticəsində dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.