Rusiya prezidenti Vladimir Putin İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını alqışlayıb və Tehranın bütün proseslərə inteqrasiyasına kömək etməyin vacibliyini qeyd edib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, təşkilatın onlayn sammitində Putin iranlı həmkarını təbrik edib:

“İran İslam Respublikası indi təşkilatımızda tam tərkibdə iştirak edəcək. Mən bu münasibətlə sizi səmimi qəlbdən təbrik edirəm və İran prezidenti cənab İbrahim Rəisini ürəkdən salamlayıram. İki ildən az müddətdə iranlı tərəfdaşlar bütün lazımi prosedurları başa çatdırıblar və indi bizim ümumi vəzifəmiz həmkarlarımıza ŞƏT çərçivəsində həyata keçirilən çoxşaxəli işə səmərəli inteqrasiya etməkdə kömək etməkdir”.

Nuranə Abbasova