NATO-ya üzv ölkələr Çini düşmən hesab etmirlər.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib. 

"NATO Çinə düşmən kimi baxmır. Biz nüvə silahının yayılması və iqlim dəyişikliyi kimi aktual qlobal məsələlərdə Pekinlə əlaqə saxlamağa davam etməliyik", - deyə o bildirib. 

Bununla yanaşı, Stoltenberq Pekinin yürütdüyü siyasətin “NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuması” fikrini irəli sürüb:  “Biz bunu aydın şəkildə dərk etməliyik və təhlükəsizlik maraqlarını iqtisadi mənfəətlə mübadilə etməməliyik”.

Nuranə Abbasova