Bakıda 21 günlük körpə ölüb.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
2023-cü il təvəllüdlü İlham İman oğlu İmanovun səhhəti qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ölümün dəqiq səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.