Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Aralıq kəndində ümumi sahəsi 195 m² olan fərdi evin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.