Oğuz sakinini Bakıda avtomobil vuraraq öldürüb.

"Unikal" report-a istinadən xəbər verir ki, Oğuz rayonunun Yaqublu kənd sakini, 1973-cü il təvəllüdlü Turan Nəsir oğlu Mənəfovu paytaxtın Nərimanov rayonunda minik avtomobili vurub. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.