Qəzada xəsarət alanların şəxsiyyətləri bəlli olub.

"Unikal" xəbər verir ki,  "Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 4 üzvü, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Şirinov Kəbirağa Elbrus oğlu, 1993-cü il təvəllüdlü Şirinova Sevda Şəmşid qızı, 2013-cü il təvəllüdlü Şirinov Elbrus Kəbirağa oğlu və 2012-ci il təvəllüdlü Şirinov Məhəmmədhüseyn Kəbirağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

xxx

20:43

Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində nəqliyyat vasitəsində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.