Xəzərdə batma təhlükəsi ilə üzləşən 1 uşaq xilas edilib.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şirvan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 uşaq xilas olunub.