Svetoforun qırmızı işığında keçən sürücü qəzanın baş verməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi səhər saatlarında Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib.

Hadisə zamanı avtomobillərdən birinin vurduğu svetofor yararsız vəziyyətə düşüb.