Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
"Unikal" xəbər verir ki, hər iki şəxs Biləsuvar rayonundandır.
Belə ki, rayonun Sütəmurdov kəndi ərazisində dənizdə iki nəfərin batması ilə bağlı təcili tibbi yardım və FHN-in xilasetmə xidmətinə məlumat verilib.
Xilas edilənlərdən biri 13 yaşlı yeniyetmə Biləsuvar rayon sakini 2010-cu il təvəllüdlü Arzu Rüstəmova və həmyerlisi 1984-cü il təvəllüdlü Rahilə Hüseynovaya ilkin tibbi yardım göstərilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxs reanimasiya şöbəsinə yerləşdiriliblər.