Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 2003-cü il təvəllüdlü Məhəmməd Həsənli idarə etdiyi minik avtomobilini elektrik dirəyinə çırpıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.