Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) damına çəkilən bitum 80 m² sahədə yanıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, tikilinin içərisində həcmi 1280 m³ olan bitum çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.