Pişik yeniyetməyə xəsarət yetirib.

"Unikal" xəbər verir ki ,hadisə bu gün Balakən rayonunun İtitala kəndində baş verib.

Həmin  kənd sakini 16 yaşlı Şaban İsa oğlu Şabanov sağ əlin xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı Ş. Şabanovu yaşadığı ünvanda özlərinə məxsus pişik dişləyərək xəsarət yetirməsi məlum olub. Ş. Şabanova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Onun xəsarəti yüngül olduğundan amulator müalicə almaq şərti ilə evə buraxılıb.

Seymur Əli