Kürdəmirdə beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Unikal” report-a istinadən xəbər verir ki, hadisə rayonun M.P.Vaqif küçəsində qeydə alınıb.

Belə ki, “QAZ 24” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış dörd maşına çırpılıb.

Nəticədə rayonun Sovla kənd sakini 33 yaşlı Cavid Baxış oğlu Cəfərov və rayonun Sor-Sor kənd sakini 72 yaşlı Hətəmxan Hətəm oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.