Zaqatala rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Qımır kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² və dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.