Xətaidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza rayonun NZS qəsəbəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı yağdəyişmə sexinə çırpıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.