Qəbələdə iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə nəticəsində "VAZ-21011" markalı avtomobil "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.