Goranboyda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, rayon ərazisində hərəkətdə olan "QAZ-3110" markalı minik maşını yoldan çıxaraq aşıb.  Qəza zamanı 1988-ci  il təvəllüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov