Bu gün Lənkəranda qazi Natiq Mehdiyevə məxsus "Azsamand" markalı avtomobil yanıb.

"Unikal" xəbər verir ki, qazi xəsarət almayıb. Avtomobil tamamilə yanaraq sıradan çıxıb. N.Mehdiyev "ASAN xidmət"in əməkdaşıdır.

Qeyd edək ki, qazi Natiq Mehdiyev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.