Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasedicilər 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

FHN-dən "Unikal"a verilən xəbərə görə, dərhal xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Haqverdiyev Şükür Ramil oğlu və 2006-cı il təvəllüdlü Əliyev Seymur İlkin oğlu xilas ediliblər.