Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı avtomobillə yük maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov