Gədəbəy rayonunun Saratovka kəndində piyadanı yük avtomobili vurub.

“Unikal" xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1936-cı il təvəllüdlü Qaraqız Məmməd qızı Cəfərovanı “KamAZ” markalı yük avtomobili vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.