Şəkidə taxta sexində yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə Şəki şəhəri F. Əbdürəhmanov küçəsində baş verib. Yanğın yerinə Şəki Yanğından Mühafizə Hissəsindən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı 1976-cı il təvəllüdlü Məmmədov Elşən Əhmədiyyə oğluna məxsus sahəsi 250 kv/m olan taxta sexinin,12 kv/m hissəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli