Balakəndə yol qəzası baş verib, xəsarət alanlar  var.
"Unikal"
xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, yük maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı avtomobildə olan üç nəfər xəsarət alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin ambulansı ilə xəstəxanaya aparılıblar. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir. 
Faktla bağlı araşdırma aparılır.

Seymur Əli