Goranboy Rayon Polis Şöbəsinə Goranboy-Ağcakənd avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

"Unikal"ın məlumatına görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, sərnişin avtobusu və VAZ 2107 markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ markalı avtomobilin sürücüsü Vüsal Əliyev və sərnişin Ceyhun Rəhimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli