Ağsu rayonunda 20 yaşlı oğlan su anbarında batıb.

"Unikal" xəbər verir ki, hadisə Cavanşir su anbarında baş verib.

Belə ki, rayonun Navahı kənd sakini, 2003-cü il təvəllüdlü Əliyev Qənbər Niyaməddin oğlu suda boğulub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.