Gədəbəydə 56 yaşlı kişi təsərrufatda ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaradağ kəndində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Tofiq Quliyevin həyatyanı sahədə qəflətən halı pisləşib. O, hadisə yerində ölüb. İlkin məlumata görə, 56 yaşlı kişi ürək tutmasından ölüb.
Faktla bağlı aradırma aparılır.
Tural Əhmədov