2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan "Hyundai Elantra" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Qeyd olunub ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub.
Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.