Şəmkirdə 54 yaşlı kişi intihar edib.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, Zahid Yaqub oğlu Qasımov yaşadığı evin zirzəmisində özünü asıb.

İlkin məlumata görə, Zahid Qasımov uzun müddət spirtli içki aludəçisi olub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.