Yol kənarından başlayan yangın şəxsi təsərrüfata xeyli ziyan vurub.

"Unikal" xəbər verir ki, Ağsu rayon Nüydü kəndində kolluq ərazidə başlayan yanğın əvvəl bicilmiş taxıl sahəsinə, daha sonra isə kənd sakini 1958 -ci il təvəllüdlü Osmanov Fəraiz Rasim oğluna məxsus həyətyanı sahəyə yayılıb. Yanğın zamanı həyətdə olan 400 kvadratmetr sahəsi olan mal tövləsi və tövləyə yığılmış 1000 ədəd ot bağlaması tamamilə yanıb. Yanğın yerinə Ağsu yanğından mühafizə hissəsindən yangınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb. 

Seymur Əli