Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevir su anbarında iki yeniyetmə boğulub.

"Unikal"ın məlumatına görə, həmin şəxslər Yevlax rayon sakinləri, 2006-cı il təvəllüdlü Onur Oruclu və 2007-ci il təvəllüdlü Hüseyn Qurbanovdur.

xxx

***04:08:2023 (21:51)

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

xxx

19:51

Mingəçevir su anbarında 2 nəfər batıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.